AZ EN RU

LAYİHƏLƏR

Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi layihəsi

"Azərsu" ASC tərəfindən 2012-ci ilin yanvar ayından Bakı şəhəri və Abşeron yarımadasının su təchizatı və kanalizasiya sistemlərinin kompleks şəkildə yenidən qurulması məqsədilə Abşeron yarımadasının içməli su təchizatı, kanalizasiya və yağış-sel suları sistemlərinin Baş Planının hazırlanmasına başlanılmışdır. Bununla əlaqədar olaraq layihə çərçıvəsində  məhsuldarlığı 50 000 m3/gun olan çirkab su təmizləyici qurğunun tikintisi səmərəli hesab edilməmiş, layihə ərazisinin çirkab sularının Lökbatanda ”Azərsu” ASC  tərəfindən  tikiləcək 300 000 m3/gün məhsuldarlıqlı çirkab su təmizləyici qurğuya ötürülməsi  məqsədəuyğun hesab edilmişdir. Nəticədə məhsuldarlığı 50 000 m3/gun olan çirkab su təmizləyici qurğunun tikintisi üçün  sərf ediləcək vəsaitin  layihə ərazisinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsinə  yönəldilməsi barədə ”Azərsu”  ASC  ilə Səudiyyə İnkişaf Fondu arasında 5-8 iyul 2012-ci il tarixində keçirilmiş görüşdə razılıq əldə olunmuşdur.

Bakı şəhərinin yeni “Baş Planı”na uyğun olaraq layihə tərkibində dəyişiklik etməklə Bayıl, Bibiheybət qəsəbələrini və 20-ci sahə yaşayış massivini çıxarmaqla bütün vəsaitin Badamdar qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsinə yönəldilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla bağlı Azərbaycan Hökümətinin müraciətinə əsasən layihə ərazisindəki dəyişiklik Səudiyyə İnkişaf Fondu ilə razılaşdırılmışdır.

Layihə çərçivəsində yerinə yetiriləsi işlər:

-      Su şəbəkəsi xəttləri  quraşdırılması

-      Kanalizasiya şəbəkəsi xəttləri quraşdırılması

-      DN1020 Magistral boru kəməri quraşdırılması

-      +152 Nasos stansiyasının yenidən qurulması

-      +220 “Badamdar” su anbarının rekonstruksiyası.