AZ EN RU

TƏRƏFDAŞLAR

Gentek Consult

“Gentek Consult” şirkəti dünyanın əsas infrastruktur və ekoloji layihələrinin kompleks problemlərinin öhdəsindən gələ biləcək ən dərin və geniş surətdə texniki təcrübəyə malik aparıcı mühəndislik və layihə məsləhətçisi şirkətlərindən biridir. Şirkət göydələnlər, dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsi, eləcə də daşqın əleyhinə müdafiə sisteminin modelləşdirilməsi və yaxud idarəetmə prosesinin təkmilləşdirilməsi kimi məsələlərə mütərəqqi təkliflərlə çıxış edir.

p2m berlin GmbH

“p2m berlin GmbH” şirkəti dövlət və özəl sektor müştəriləri üçün mühəndislik xidmətlərinin təminatçısıdır. Geniş xidmət spektoru müştərilərin ehtiyac və tələblərini qarşılamağa yönəlmiş xüsusi təkliflərin yerinə yetirilməsinə imkan verir. Texnoloji biliklər və keyfiyyətin təminatı üzrə məlumatlılıq sistem və layihələrin etibarlı, səmərəli və dostluq mühitində həyata keçirilməsini təmin edir. Problemlərin mütərəqqi yollarla həlli, o cümlədən yüksək motivasiyalı və iddialı mütəxəssisləri şirkətin bazarda mühüm mövqe tutmasını təmin etmişdir.

Kunhwa Consulting & Engineering Co., Ltd

“Kunhwa Consulting & Engineering Co., Ltd.” şirkəti müstəqil olaraq 1990-cı ildə məsləhətçi mühəndis və memarların nümayəndəliyi kimi təsis edilmişdir. Mükəmməl dərəcədə təcrübəli və səriştəli işçi heyət müxtəlif iş yükü və şərtlər altında geniş çeşiddə mühəndislik xidmətləri göstərir. Şirkətin xidmətlərinin yüksək keyfiyyəti müştərilərin çox böyük hissəsi tərəfindən təsdiq olunmuşdur. Fəaliyyət sahəsinə yol və nəqliyyat mühəndisliyi, su təchizatı və çirkab suların daşınması, su təsərrüfatı tikintisi mühəndisliyi, o cümlədən su ehtiyatlarının təkmilləşdirilməsi, torpaq bənd və su elektrik stansiyalarının inkişafı, habelə liman və sahil mühəndisliyi, şəhər və regional planlaşdırma, həm də digər əlaqədar işlər daxildir. Şirkət eyni zamanda ilkin araşdırma, texniki-iqtisadi əsaslandırmadan tutmuş planlaşdırma və detallı layihələrə qədər tikintiyə rəhbərlik zamanı tam xidmətləri təmin edir. Zərurət olduqda şirkət layihələrin uğurla icra olunması məqsədilə öz ehtiyatlarının daha da artırılması üçün aparıcı elmi müəssisələrdən və digər elmi-tədqiqat təşkilatlarında ixtisaslaşmış xidmətləri təmin edir.

Emay Uluslararası Mühendislik ve Müşavirlik A.Ş.

1980-ci ildə təsis edilmiş Emay Uluslararası Mühendislik ve Müşavirlik A.Ş., Türkiyədə aparıcı mühəndis və texniki məsləhət şirkətlərindən biridir.

EMAY dizayn, planlaşdırma, memarlıq, mühəndislik və müxtəlif istiqamətləri əhatə edir, həmçinin nəqliyyat, tikinti, su, ətraf mühit və enerji sahələrini geniş əhatə edən məsləhət xidmətlərini təmin edir.

EMAY-ın hərtərəfli xidmətləri layihə ideyası yaranandan, əsaslandırma və layihənin istismara verilənə qədər lazım olan bütün xidmətləri əhatə edir. Bu səbəbdən, EMAY işəgötürənlərə və müştərilərə bu sahədə xidmət göstərən digər  əməkdaşların axtarışına ehtiyac olmadan, yeganə və hərtərəfli əməkdaş ola bilər.